Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2025 18:36
Yay mövsümündə sevilən meyvələrdən biri olan qarpızın seçimi qədər onun təhlükəsizliyi də önəmlidir. Mütəxəssislər qarpız alarkən xüsusilə qabığındakı bəzi işarələrə diqqət etməyi tövsiyə edirlər.
Sonxeber.net xəbər verir ki, əgər qarpızın qabığında qeyri-adi ləkələr, çatlar, sarımtıl və ya qəhvəyi izlər varsa, bu, meyvənin pestisid və ya kimyəvi gübrələrlə həddindən artıq yetişdirildiyinə işarə ola bilər. Həmçinin, zədələnmiş və ya yumşalmış hissələr mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit yaradır və bu da zəhərlənmə riskini artırır.
Qarpız seçərkən bu sadə qaydalara əməl edin:
Qabığı parlaq və sərt olmalıdır
Aşağı hissəsindəki sarı ləkə torpaqla təmasının göstəricisidir - bu ləkənin tünd sarı olması meyvənin tam yetişdiyini göstərir
Döyüldükdə boğuq səs çıxarırsa, içi dolu və suludur
Unutmayın, düzgün seçilməmiş və gigiyenik qaydalara əməl olunmadan istifadə olunan qarpızlar sağlamlığınıza zərər verə bilər.