Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2025 18:50
Dünyaca məşhur ulduz Cennifer Lopez iyulun 23-də Antalyada konsert verəcək.
Sonxeber.net xəbər verir ki, konsert öncəsi rəqqasları ilə intensiv məşqlər edən sənətçi bu dəfə qeyri-adi bir məkanda - mağara dizaynlı 3500 kvadratmetrlik xüsusi otaqda qalacaq.
Lüks məkanda 6 geyinmə otağı, sauna, şəxsi kinoteatr, hovuz üstü bar və Lopez üçün xüsusi hazırlanmış tekstil məhsulları yer alır. Məkan eyni anda 14 nəfəri qəbul edə biləcək və ulduzun rahatlığı üçün tam fərdi şəkildə dizayn olunub.
Sənətçinin adının baş hərfləri digər tekstil məhsullarına xüsusi olaraq işlənib və bu, məkanın tam fərdi və prestijli şəkildə dizayn edildiyini sübut edir.
Cennifer Lopez-in qaldığı yerin hər detalı onun zövqünə uyğunlaşdırılıb və sənətçiyə konsert öncəsi tam istirahət və hazırlıq imkanı yaradılıb.