Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Quterreşdən Azərbaycan və Ermənistan liderlərinin görüşünə reaksiya

Quterreşdən Azərbaycan və Ermənistan liderlərinin görüşünə reaksiya

Tarix: 11 Iyul 2025 21:36

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş mart ayında əldə olunan razılaşmanın möhkəmləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Sonxeber.net xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibinin sözçüsü Stefan Dujarrik "Report"un ABŞ bürosunun sualını cavablandırarkən bildirib.

Dujarrik qeyd edib ki, BMT Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan arasında müsbət yöndə davam edən prosesləri yaxından izləyir və dialoqu alqışlayır: "Mart ayında sülh müqaviləsi üzrə əldə olunan razılığı xatırlayırıq və bunun çox müsbət bir inkişaf olduğunu düşünürük. Əbu-Dabi görüşü həmin razılaşmanın möhkəmləndirilməsinə yönəlmiş addım kimi dəyərləndirilə bilər".


Etiketlər:  Quterreşdən Azərbaycan Ermənistan liderlərinin görüşünə reaksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ