Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“iOS” sisteminin yeni versiyası “iPhone” cihazını fiziki açarla qorumağa imkan verir

“iOS” sisteminin yeni versiyası “iPhone” cihazını fiziki açarla qorumağa imkan verir

Tarix: 12 Dekabr 2019 11:20

"Apple" şirkəti tərəfindən təqdim edilmiş "iOS 13.3" versiyasında fiziki təhlükəsizlik açarlarının dəstəyi sistem səviyyəsində reallaşdırılıb. Gücləndirilmiş qoruma sistemi istənilən proqram və ya "Safari" brauzerində sayt üçün aktivləşdirilə bilər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, "iOS" sisteminin yeni versiyası "USB-C", "NFC" və "Lightning" texnologiyasına malik istənilən FIDO2 standartlı qurğunu dəstəkləyir. İstifadəçilər "iPhone" və ya "iPad" cihazlarına brelok qoşaraq parol və ya SMS vasitəsilə göndərilmiş kodu daxil etmədən öz hesablarına ("Gmail", "Dropbox", "Twitter", "Outlook" və "Facebook") daxil ola biləcəklər.

 

Bundan başqa, yeniləmə "iOS 13" sistemində aşkar edilmiş səhvləri düzəldir. "Screen Time" funksiyasının imkanları genişləndirilib: indi telefon zənglərinin müddətinə limit müəyyənləşdirmək, "iMessage", "FaceTime" və "iCloud" kontaktları ilə ünsiyyət vaxtını məhdudlaşdırmaq mümkündür. Həmçinin "iOS 13.3" versiyası klaviaturadan "Memoji"ni gizlətməyə imkan verir.

 

Emil Hüseynov




Etiketlər:  sisteminin yeni versiyası iPhone cihazını fiziki açarla qorumağa imkan verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ