Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səfir: Heydər Əliyev atdığı hər bir addımdan örnək götürülməli olan böyük bir liderdir

Səfir: Heydər Əliyev atdığı hər bir addımdan örnək götürülməli olan böyük bir liderdir

Tarix: 12 Dekabr 2019 12:09

Bakı. İlhamə İsabalayeva – Trend:

Heydər Əliyev həqiqətən də həyatı araşdırılmalı olan və hər bir addımdan örnək götürülməli olan böyük bir liderdir.

Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Onun sözlərinə görə, Heydər Əliyev bütün həyatı boyunca Azərbaycanın müstəqil olması barədə düşünüb:

“Azərbaycan müstəqillik əldə etdikdən sonra o, ömrünü ölkəsinin necə yüksələcəyini düşünməklə keçirib, bu məsələ üçün həyatını da təhlükəyə atıb. Mən bir daha onun hüzurunda hörmətlə baş əyirəm. Türk dünyasının başı sağ olsun, belə bir lider hər zaman olmaz”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Səfir Heydər Əliyev atdığı hər addımdan örnək götürülməli olan böyük liderdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ