Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Dedim ki, bu da özünü kişi hesab edir?”

“Dedim ki, bu da özünü kişi hesab edir?”

Tarix: 19 Iyul 2025 00:45

Əməkdar artist Gülşad Baxşıyeva qalmaqallı açıqlamalar verib. 

Sonxeber.net xəbər verir ki, bu barədə o, Baku TV-nin "Amin" layihəsində danışıb. Sənətçi qızların geyimini tənqid edib:

"Qız böyütmək də çətindir, amma kişi böyütmək lap çətindir. Çünki ailədə də hər şey kişidən asılıdır.

Ötənlərdə bir yerə getmişdim, binaya girdim, bir kişi çıxdı, yanında qadın, bir qız. Baxdım, üzümü çevirdim, sonra döndüm kişiyə baxdım. Ürəyimdə dedim ki, bu da özünü kişi hesab edir? Qadınlar da kök idi, hər yerləri bayırda qalmışdı. Qısa şort geyinmişdilər.

Guya, bunun qızıdır, o biri xanımıdır. Kişi niyə demir ki, bir az abırlı geyinin? Demirəm, döysün, amma göstərsin ki, belə geyinməyini istəmirəm. O qədər ixtiyar verirlər ki, səni sevirəm, get bildiyini et. O, qorxsa onu etməz, qorxunun altında həmişə hörmət var. Gərək, çəkinəsən",- deyə sənətçi əlavə edib. (Bizim.Media)

 


Etiketlər:  Dedim özünü kişi hesab edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ