Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2025 13:00
6 mövsümdür "Kuruluş Osman" serialında Osman bəyi canlandıran məşhur aktyor Burak Özçivit serialdan ayrılıb.
Milil.Az xəbər verir ki, aktyorun layihənin prodüseri Mehmet Bozdağ və serialın rəsmi "Instagram" hesabını izləməməsi ilk olaraq diqqət çəkib. Bu hərəkət izləyicilərdə "Burak Özçivit serialdan getdi?" sualını doğurub.
Tanınmış jurnalist Birsen Altuntaşın məlumatına görə, bu sual artıq cavabını tapıb: Burak Özçivit "Kuruluş Osman" serialından ayrılıb. Onun gediş səbəbi isə maddi məsələlərdir. Bildirilir ki, aktyor bölüm başına 4 milyon TL tələb etsə də, prodüser tərəfi bu məbləği qəbul etməyib.
Nəticədə tərəflər razılığa gələ bilməyib və Özçivit layihədən uzaqlaşıb.