Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özcan Dənizin bütün var-dövlətinə həbs qoyuldu

Özcan Dənizin bütün var-dövlətinə həbs qoyuldu

Tarix: 23 Iyul 2025 16:00

Türkiyəli məşhur müğənni Özcan Dənizin bütün var-dövlətinə həbs qoyulub.

Milli.az xəbər verir ki, Özcan Dəniz 22 ildir meneceri olan böyük qardaşı Ərcan Dənizlə yaşanan gərginlikdən sonra ciddi hüquqi və maliyyə problemləri ilə üzləşib.

Bir vaxtlar birlikdə çalışan və səhnə arxasında çiyin-çiyinə dayanan iki qardaşın münasibətləri son illərdə tamamilə pozulub. Ticarət ortaqlıqlarının sona çatmasından sonra başlayan anlaşılmazlıqlar mülk məsələsi və təhdid xarakterli ifadələr səbəbi ilə məhkəməyə çıxarılıb və onun var-dövlətinə həbs qoyulması barədə qərar qəbul olunub.

Türk musiqi və kino dünyasının tanınmış simalarından olan Özcan Dənizin 22 ildir onun meneceri olan böyük qardaşı Ərcan Dənizlə mübahisəsi adi bir ailə mübahisəsindən çox uzaqlaşıb.

Qeyd olunur ki, bir vaxtlar eyni məqsədlər üçün çalışan və pərdə arxasında bir-birinə dəstək olan iki qardaşın münasibətləri son vaxtlar tamamilə dağılma həddinə çatıb.


Etiketlər:  Özcan Dənizin bütün dövlətinə həbs qoyuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ