Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır - yenilənib

Xalq artisti reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır - yenilənib

Tarix: 24 Iyul 2025 23:00

22:56

Xalq artisti Arif Babayev təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.

Bu barədə APA-ya Arif Babayevin oğlu Yaşar Babayev məlumat verib.

O qeyd edib ki, atası Klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.

APA-nın əldə etdiyi məlumata görə, xalq artistinin vəziyyəti ağırdır.

-------
20:17

Səhhəti ağırlaşdığına görə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Xalq artisti Arif Babayev Bakıya yola salınıb.

Sonxeber.net xəbər verir ki, bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.

Bildirilib ki, muğam ustası xüsusi ambulansla, təcili yardım həkimlərinin müşayiətilə paytaxta gətirilir.

"Qax Rayon Mərkəzi Xəstəxanasında bir gün qalıb. Lazımi müalicələrə baxmayaraq vəziyyətində irəliləyiş olmayıb. Hazırda səhhəti ağır stabil olaraq qalır. Huşu aydın deyil. Mərkəzi Gömrük Hospitalına aparılır", - A.Babayevin yaxınları söyləyib.

Xatırladaq ki, may ayında da sənətkarın səhhəti ağırlaşmış və Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmişdi.

Qeyd edək ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində anadan olub.

----------
16:20

Dünən saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Sonxeber.net-a TƏBİB-dən məlumat verilib.

"Pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub. Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir. Sağlamlıq durumuna uyğun olaraq paytaxtdakı tibb müəssisəsinə təxliyəsi planlaşdırılır", - məlumatda deyilib.

14:33

Xalq artisti Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Sonxeber.net xəbər verir ki, bu barədə "Report"a onun oğlu Yaşar Babayev məlumat verib.

Y.Babayev qeyd edib ki, atasının vəziyyəti ağırlaşıb və tibb müəssisəsinə yerləşdirilib:

"Həkimlər əllərindən gələni edir. Bu gün Təcili Tibii Yardım maşını ilə Bakıya aparacağıq".


Etiketlər:  Xalq artisti reanimasiya şöbəsinə yerləşdirilib vəziyyəti ağırdır yenilənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ