Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2025 02:03
Banan faydalı meyvə kimi tanınsa da, onu yeməzdən əvvəl diqqət yetirilməli vacib məqamlar var.
Sonxeber.net xəbər verir ki, qidalanma mütəxəssisləri bildirirlər ki, bəzi hallarda düzgün yuyulmayan banan qabığında zərərli mikroorqanizmlər və kimyəvi qalıqlar ola bilər.
Xüsusilə idxal olunan bananlar tez xarab olmasın deyə müxtəlif kimyəvi maddələrlə işlənir.
Bananı soymazdan əvvəl mütləq axar su altında yuyun və bir qədər sirkəli suda saxlayın. Bu üsul vasitəsilə üzərindəki pestisidlərin və bakteriyaların bir hissəsini təmizləmək mümkündür. Əks halda soyma zamanı əlinizlə bu maddələri iç qisminə ötürə bilərsiniz.
Uşaqlar, yaşlılar və hamilə qadınlar üçün bu qaydaya riayət etmək xüsusilə vacibdir.
Beləliklə, həm bananın faydalarından yararlanmaq, həm də sağlamlıq risklərini minimuma endirmək mümkündür.