Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirlikdən Allahverdi Yolçuyev barədə AÇIQLAMA

Nazirlikdən Allahverdi Yolçuyev barədə AÇIQLAMA

Tarix: 25 Iyul 2025 16:06

"Allahverdi Yolçuyevlə bağlı məsələlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir".

Sonxeber.net xəbər verir ki, bu barədə demokrat.az-a Mədəniyyət Nazirliyindən bildirilib. Məlumata görə, aktyor dövlət tərəfindən pensiya ilə təmin olunub, bundan əlavə, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq dəstək göstərilib, həmçinin mövcud qanunvericilik çərçivəsində əlavə sosial təminat mexanizmlərindən yararlanması üçün imkanlar nəzərdən keçirilir:

"Mədəniyyət Nazirliyi vurğulayır ki, mədəniyyət və incəsənət xadimlərinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə tədbirlər ölkə rəhbərliyinin birbaşa nəzarəti altında davam etdirilir".

Xatırladaq ki, Allahverdi Yolçuyev küçədə corab satdığını açıqlayıb. Onun bu vəziyyəti sosial şəbəkələrdə müzakirəyə səbəb olub.


Etiketlər:  Nazirlikdən Allahverdi Yolçuyev barədə AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ