Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2025 14:07
Türkiyəli aktyor-müğənni Özcan Dəniz həyat yoldaşı Samar Dadqarla bağlı açıqlama verib.
Sonxeber.net ifaçı ilk vaxtlar xanımı ilə yaş fərqlərinə görə ondan uzaq durmağa çalışdığını etiraf edib.
"Samarla 10 il əvvəl tanış olduq. Yaşca məndən balaca idi. Uşaq idi. Kaş ki, o yaşda olmasaydı. Yaşını mən seçmədim. Allahdan "mənə 20 yaşında həyat yoldaşı göndər" deyə, nəsə istəmədim. Belə alındı. Axtardığım özəlliklərə sahib olan insan 20 yaşında idi. Bəxtsizlik. Dedim ki, "olmaz". Hətta onunla güzgünün qarşısına keçib, "Allah eşqinə bax, bizdən olmaz, çünki çox balacasan" dedim. Çox pis oldu. 4-5 il aradan sonra Samardan mənə mesaj gəldi ki, "yaxşısan"? Cavab verdim ki, "yox". Harada olduğumu maraqlandı, "evdəyəm" dedim. Danışmaq istəyib-istəmədiyimi soruşdu, razılaşdım. Gəldi və bir daha onu buraxmadım. "Olmaz" dediyim adam, indi həyat yoldaşımdır" deyə, Özcan açıqlamasında bildirib.
Qeyd edək ki, daha əvvəl iki dəfə ailəli olan Ö.Dəniz 3-cü həyat yoldaşından 24 yaş böyükdür.