Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2025 14:14
Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Müdafiə Sənayesi Nazirliyi üzrə müstəqil şöbələrin müdirləri, eləcə də nazirliyin tabeliyində "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin baş direktoru və onun müavinləri, həmçinin qurumun strukturuna daxil olan "Cihaz İstehsalat Birliyi" MMC-nin baş direktoru həmin siyahıya əlavə olunub.