Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Fiziki gücüm olmasa da, Fatmaya görə bunu edəcəyəm''

''Fiziki gücüm olmasa da, Fatmaya görə bunu edəcəyəm''

Tarix: 31 Iyul 2025 18:45

Xalq artisti Afaq Bəşirqızı bir müddət əvvəl insult keçirən həmkarı Fatma Mahmudovaya dəstək olub.

Sonxeber.net xəbər verir ki, aktrisa "Qonaqcanlı" verilişinə zəng vuraraq onunla eyni tamaşada rol alacağını bildirib:

"Biz möhkəm, xəstəliyə qalib gələn adamlarıq. Pessimist olmasın, xəstəliyə uymasın. Ona bir şey olsaydı, indi gəzə bilməzdi. Çox ağır xəstəlik keçirdib. Qanadları yanındadır. Onun sevənləri çoxdur. Teatrda onu sevənlər çoxdur. Ona gündə zəng edə bilmirəm, sağlamlıq problemlərim var. Onu çox istəyirəm, Allah ona ömür versin. Bizi bir səhnədə görəcəksiniz. Mənim 70 illik yubileyimdir. Fatmanın da 70 illik yubileyi oldu. Teatr mövsümü başlasın, sırf Fatmaya görə "Bankir adaxlı"da oynayacağam. İndi fiziki gücüm o qədər deyil, amma ona görə edəcəyəm".

F.Mahmudova "Səninlə sevildim, tanındım. Bunu heç vaxt yadımdan çıxartmıram" deyə, cavab verib. (Axşam.az)
 


Etiketlər:  Fiziki gücüm olmasa Fatmaya görə bunu edəcəyəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ