Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2025 10:06
Vətən Müharibəsi şəhidi Ceyhun Gözəlzadənin atası vəfat edib.
Sonxeber.net xəbər verir ki, 1976-cı il təvəllüdlü Nazim Gözəlov müalicə aldığı Biləsuvar Rayon Xəstəxanasında dünyasını dəyişib.
Onun yaxın vaxtlarda Bakıda xəstəxanalarından birində mədəsindən əməliyyat keçirdiyi, daxili orqanında bədxassəli şişin aşakarlandığı bildirilir.
Qeyd edək ki, şəhid Gözəlzadə Ceyhun Nazim Oğlu 25 aprel 2002-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. O, Vətən müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. /"Qafqazinfo"