Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2025 11:54
Prezident İlham Əliyev Yamaykanın Baş naziri Endryu Holnessə məktub ünvanlayıb.
Sonxeber.net xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Baş nazir,
Yamaykanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Bu il Azərbaycan ilə Yamayka diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünü qeyd edəcəklər. Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".