Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2019 20:51
Bakı. Trend:
Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində Latviyanın Xarici İşlər naziri Edqars Rinkeviçs ilə görüşüb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Latviya arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunuq ifadə olundu və gələcək inkişaf perpektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüş zamanı tərəflər iqtisadi, ticarət, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər, eləcə də Azərbaycan Respublikası və Latviya Respublikası arasında tezliklə hökumətlərarası birgə əməkdaşlıq komissiyasının iclasının keçirilməsi barəsində razılıq əldə ediblər.
E.Məmmədyarov Azərbaycan ilə Latviya arasında ikitərəfli əsasda və bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində, eləcə də Avropa İttifaqı ilə səmərəli əməkdaşlığın olduğunu qeyd edərək, ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, kənd təsərrüfatı və digər sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu bildirib.
E.Rinkeviçs iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və siyasi dialoqun davamlı şəkildə aparılması məqsədilə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin son vəziyyəti barədə həmkarına məlumat verən nazir E.Məmmədyarov Latviyanın ikitərəfli və çoxtərəfli müstəvilərdə münaqişənin nizamlanması ilə bağlı ölkəmizin ədalətli mövqeyinin dəstəkləməsinin yüksək qiymətləndirildiyini bildirib.
E.Rinkeviçs Latviyanın münaqişənin sülh yolu ilə beynəlxalq hüququn prinsipləri, xüsusilə ərazi bütövlüyü və suverenlik əsasında həllini dəstəklədiyini diqqətə çatdırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdən sonra Azərbaycan və Latviya Xarici İşlər Nazirlərinin mətbuat konfransı keçirilib.
Daha sonra hər iki Xarici İşlər nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyərlərinin iştirakı ilə “Azadlıq” abidəsinin önündə əklil qoyma mərasimi keçirilib. Mərasimdə Latviya ve Azerbaycan himnləri səslənib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin