Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2025 11:05
Britaniyalı məşhur müğənni və bəstəkar Elton Con öz diz qapaqlarından boyunbağı və broş düzəltdirib.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi bu barədə "Touched by Gold" adlı sənədli filmdə danışıb.
Elton Conun sözlərinə görə, o, 2024-cü ildə diz oynaqlarındakı ciddi problemlərə görə endoprotez əməliyyatı keçirib. Əməliyyatı həyata keçirən həkim onun dizlərini "indiyə qədər gördüyü ən bərbad dizlər" adlandırıb.
Əməliyyat zamanı çıxarılan diz qapaqlarını xatirə kimi saxlayan ifaçı daha sonra onları zinət əşyasına çevirmək qərarına gəlib. Bu məqsədlə o, tanınmış zərgərlik ustası Teo Fennellə əməkdaşlıq edib.
Fennell sümük parçalarını əvvəlcə qurudaraq pemza daşına bənzər hala gətirib, sonra isə xüsusi məhlulla örtərək cilalayıb.
Nəticədə sağ diz qapağından qızıl örtüklü boyunbağı hazırlanıb. Boyunbağının üzərində latınca "Artıq heç bir kişiyə baş əyməyəcəyəm" ifadəsi yazılıb.
Sol diz qapağı isə ölçüsünə görə broş kimi hazırlanıb.
Hüseyn