Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2025 15:05
Fransız aktrisa Brigitte Bardot "ağır xəstəlik" səbəbilə artıq üç həftədir xəstəxanadadır.
Sonxeber.net xəbər verir ki, bu barədə "Nice-Matin" qəzeti məlumat yayıb.
Məlumata görə, aktrisanın səhhətindəki problemlər ciddiləşib və Sen-Tropedəki evini tərk edərək Tulondakı xəstəxanaya yerləşdirilməli olub.
Bardo əməliyyat olunduqdan sonra müalicəsini burada davam etdirir. Onun vəziyyətinin ağır olduğu bildirilir. Belə ki, həkimlər onun yaxın günlərdə evə buraxılacağını, lakin səhhətinin hələ də narahatlıq doğurduğunu söyləyiblər.
Qeyd edək ki, Bricit Bardot 1950-1960-cı illərin Fransa kinosuna böyük töhfə verib. O, "Allah qadını yaratdı" və "Jül və Cim" filmləri ilə məşhurlaşıb.