Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2019 15:24
İsveç millisinin sabiq üzvü Zlatan İbrahimoviçin Malmödə şərəfinə ucaldılan heykəli yenidən fiziki təzyiqə məruz qalıb.
Qol.az xəbər verir ki, bir neçə şəxs heykələ üç dəfə hücum edib və mişarla "İbrahimoviç"in ayağını kəsməyə çalışıblar.
Malmö Polis Bölməsindən İsveç mətbuatına açıqlamada heykəlin hər iki ayağının müəyyən qədər kəsildiyi və onun aşma təhlükəsi olduğu bildirilib. Hadisə ilə bağlı araşdırma başlanıb.
Xatırladaq ki, Zlatanın "Hammarbü" klubunun səhmlərinin 50 faizini alması və "Skandinaviyanın ən yaxşı klubu olacağıq" ifadəsini işlətməsi onun yetirməsi olduğu ölkənin digər klubu “Malmö” azarkeşlərinin qəzəbinə tuş gəlib. Onlar bir neçə gün əvvəl Zlatanın heykəlini yandırmağa cəhd göstərmişdi. Budəfəki insidenti də "Malmö" azarkeşlərinin törətdiyi güman olunur.