Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2019 23:04
"Qalatasaray" Türkiyə Superliqasında növbəti oyuna çıxıb.
Qol.az xəbər verir ki, İstanbul klubu 15-ci turda doğma meydanda autsayder "Ankaragücü" ilə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.
"Qalatasaray" - "Ankaragücü" - 2:2
Qollar: Fequli, 53 (1:0), Belhanda, 83-pen (2:0), Parlak, 88-penh (2:1), Kitsiou, 90+1 (2:2)
Bu nəticədən sonra Fatih Terimin komandası 24 xalla 6-cı pillədə qərarlaşıb. "Ankaragücü" 10 xalla 18-ci-sonuncudur.
Qeyd edək ki, turnir cədvəlinə 30 xalla (14 oyun) "Sivasspor" başçılıq edir. "Beşiktaş" 27 xalla (14 oyun) 2-ci, "Trabzonspor" 26 xalla (14 oyun) 3-cüdür.