Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan və Malayziya mərkəzi bankları arasında əməkdaşlıq imkanları dəyərləndirilib

Azərbaycan və Malayziya mərkəzi bankları arasında əməkdaşlıq imkanları dəyərləndirilib

Tarix: 11 Dekabr 2025 15:24

Azərbaycan və Malayziya mərkəzi bankları arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Bu barədə Sonxeber.net Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Belə ki, Mərkəzi Bankın sədr müavini Gülər Paşayevanın rəhbərlik etdiyi nümayəndə heyəti Malayziyada işgüzar səfərdə olub.

Səfər çərçivəsində Gülər Paşayeva ilə Malayziya Mərkəzi Bankının sədr müavini Adnan Zaylani arasında görüş keçirilib. Görüşdə əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Mərkəzi Bankın nümayəndə heyəti həmçinin Malayziya Mərkəzi Bankı tərəfindən təşkil olunan “Risk dialoqu” tədbirində iştirak edib.

Tədbirdə Risklərin idarə edilməsi departamentinin direktoru Məhəmməd Məhərrəmlinin “Mərkəzi bankların risklərin idarə edilməsi təcrübələri və risk yetkinliyi” mövzusunda təqdimatla çıxışı baş tutub. O, mərkəzi banklarda risk idarəçiliyinin inkişaf dinamikası və qabaqcıl təcrübələr barədə danışıb.


Etiketlər:  Azərbaycan Malayziya mərkəzi bankları arasında əməkdaşlıq imkanları dəyərləndirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ