Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək

Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək

Tarix: 11 Dekabr 2025 15:46

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.

Bu barədə Sonxeber.net-ə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, dekabrın 12-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

"Hərəkətin məhdudlaşdırılması Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir. Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Fəxri Xiyaban istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsini, ictimai nəqliyyata üstünlük verilməsini tövsiyə edirik", - məlumatda qeyd edilib.


Etiketlər:  Bakının bəzi küçə prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ