Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2025 15:28
Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda hüquq mühafizə orqanlarının iki fərqli ünvanda keçirdiyi əməliyyatda ümumilikdə 92 kiloqram 350 qram metamfetamin (narkotik maddə-red.) ələ keçirilib.
Sonxeber.net bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, İstanbul Baş Polis İdarəsinin Narkotik Cinayətlərə Qarşı Mübarizə Şöbəsinin əməkdaşları narkotik vasitələrin istehsalının qarşısının alınması, ticarətinin dayandırılması və şübhəlilərin tutulmasına yönəlmiş əməliyyatlarını davam etdirir.
Ünvanlarda aparılan axtarışlar zamanı kristal halında 23 paket - ümumilikdə 21 kilo 800 qram çəkidə və maye halında 70 kilo 550 qram metamfetamin aşkarlanaraq müsadirə olunub.
N.E. adlı şübhəli şəxs saxlanılaraq polis şöbəsinə aparılıb.