Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət Gömrük Komitəsinin iki əməkdaşı qaçaqmalçılığa görə saxlanılıb

Dövlət Gömrük Komitəsinin iki əməkdaşı qaçaqmalçılığa görə saxlanılıb

Tarix: 11 Dekabr 2025 15:36

Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsinin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə saxlanılıb.

Sonxeber.net-in məlumatına görə, onlara 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham elan olunub.

Baş Prokurorluğun Mətbuat xidməti məlumatı Trend-ə təsdiqləyib.


Etiketlər:  Dövlət Gömrük Komitəsinin əməkdaşı qaçaqmalçılığa görə saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ