Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AQTA saqqızdan zəhərləndikləri ehitimal edilən şagirdlərlə əlaqədar məsələni nəzarətə götürüb (YENİLƏNİB)

AQTA saqqızdan zəhərləndikləri ehitimal edilən şagirdlərlə əlaqədar məsələni nəzarətə götürüb (YENİLƏNİB)

Tarix: 11 Dekabr 2025 15:36

Bakıda baş verən hadisə ilə əlaqədar məsələ Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi tərəfindən nəzarətə götürülüb.

Bu barədə Sonxeber.net-in sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.

Bildirilir ki, müvafiq qurumlarla birgə araşdırmalara başlanılıb.

Nəticəsi barədə məlumat veriləcək.

xxx

13:46

11.12.2025-ci il tarixində saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, 14 saylı orta məktəbdən təcili çağırış qeydə alınıb.

Bu barədə Sonxeber.net-ə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına 5 nəfər (kişi cinsli), Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Pasiyentlərdən 1-nə yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası, digər 7 pasiyentə isə kəskin qastrit diaqnozu təyin edilib.

Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə evə buraxılıb.

13:46

xxx

14 nömrəli tam orta ümumtəhsil məktəbindən verilmiş məlumatda qeyd olunur ki, dekabrın 11-də məktəbin 8 şagirdi naməlum səbəbdən özlərini narahat hiss edib. Şagirdlərdə ümumi narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib.

Bu barədə Sonxeber.net-ə 14 nömrəli tam orta ümumtəhsil məktəbindən məlumat verilib.

Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma müraciət olunub və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb.

Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib.

İlkin araşdırmalarla məlum olub ki, şagirdlərdən biri dərsə gələrkən məktəbin yaxınlığındakı marketdən saqqız alıb və sinif yoldaşlarına da verib. Ehtimal olunur ki, saqqıza görə uşaqlar özlərini narahat hiss etməyə başlayıblar.

Məsələ ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb.

Qeyd olunan şagirdlər müvafiq müayinə və uyğun tibbi prosedurlara cəlb olunublar. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.


Etiketlər:  AQTA saqqızdan zəhərləndikləri ehitimal edilən şagirdlərlə əlaqədar məsələni nəzarətə götürüb YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ