Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Amerikada doğulan terrorçu, Əl-Qaidə"nin rəhbərlərindən biri: Ənvər - DOSYE

Amerikada doğulan terrorçu, Əl-Qaidə

Tarix: 15 Dekabr 2019 19:16

Ənvər əl-Avlaki radikal islam təbliğatçısı idi, "Əl-Qaidə" də daxil olmaqla radikal islamçı qrupların hərəkətlərini dəstəkləyən xütbələri ilə məşhur idi. Ərəbistan yarımadasında "Əl-Qaidə"nin ideoloji lideri hesab olunurdu.

Milli.Az teleqraf.com-a istinadən 30 sentyabr 2011-ci ildə öldürülən 40 yaşlı terrorçunun dosyesini təqdim edir.

1971-ci ilin 22 aprelində ABŞ-da, Nyu Mexikoda doğulub. ABŞ vətəndaşlığını alan Şimali Yəmənli ailənin övladı olub. 7 yaşında atasının kənd təsərrüfatı naziri olduğu Yəmənə qayıdıb. Kolorado universitetinin mühəndislik fakultəsini bitirib.

Ənvər əl-Avlaki vəfat edən islam alimi Səid Qutbanin əsərlərindən çox təsirlənib.

2010-cu ildə Amerika hökuməti Ənvər əl-Avlakini dünyanın bir nömrəli terrorçusu elan edib. Halbuki buna qədər dünyanın bir nömrəli terrorçusu "Əl-Qaidə" təşkilatının lideri Usama Bin Laden hesab olunurdu. Ancaq Avlaki Bin Ladenin sağlığında dünyaya real təhlükə olması baxımından Ladenin statusunu əlindən alıb.

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ABŞ maraqlarına təhlükə hesab edərək onun aradan götürülməsini vacib addım hesab edib.

Ənvər əl-Avlaki ingilis dilini mükəmməl bilib. O, Avropa Birliyi ölkələrinin və Amerikanın, habelə islama qarşı müharibədə iştirak edən dövlətlərə qarşı müsəlman gənclərini fəal müharibəyə səsləyib və onlarla ciddi iş aparıb.

Ənvər əl-Avraki ABŞ-da doğulduğu üçün bu ölkənin vətəndaşlığına sahib idi, eyni zamanda Kolorado universitetində tələbə vizası ilə təhsil almışdı. Vətəndaşlığını və doğum yerini uzun müddət məxfi saxlamağı bacarıb. ABŞ qanunlarına əsasən doğulandan vətəndaş olan şəxsləri qanunvericilik vətəndaşlıqdan çıxarmağa imkan vermirdi.


Etiketlər:  Amerikada doğulan terrorçu Əl Qaidənin rəhbərlərindən biri Ənvər DOSYE


RƏYLƏR