Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2019 19:52
Sumqayıtda qeydiyyatda olan fərdi sahibkar Bakıda hüquqi şəxslərə xidmət göstərdiyi halda nə qədər sosial sığorta və vergi ödəməlidir?
Sonxeber.net xəbər verir ki, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinə əsasən, vergiödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Buna əsasən, fərdi sahibkar kimi digər hüquqi şəxslərə xidmət göstərən şəxslər gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidirlər. O da nəzərə alınmalıdır ki, mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.
Həmçinin tikinti və ticarət istisna olmaqla digər sahələrdə fəaliyyət göstərən şəxslər fəaliyyət göstərdikləri ay üçün məcburi dövlət sosial sığorta haqqı ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 20 faizi məbləğinin Sumqayıt şəhərində 90 faizi miqdarında sosial sığorta haqqı ödəməlidir.