Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üzdə yaranan sızanaq və səpgilərin müalicəsi

Üzdə yaranan sızanaq və səpgilərin müalicəsi

Tarix: 15 Dekabr 2019 22:00

Üzdə sızanaq və səpgilər yaranmasının müxtəlif səbəbləri var. Həmin problem əsasən maddələr mübadiləsinin pozulması, metobolizmin zəifləməsi, əsəb və sinir sisteminin narahatlığından qaynaqlansa da, dərinin ifrat yağlılığı da bu sahədə mühüm rol oynayır. Çünki yağ vəzlərinin ən çox toplandığı nahiyələrdən biri də məhz üzdür.

Sızanaq yetkinlik çağı xəstəliyi olaraq qəbul edilsə də, bütün yaş qruplarına da təsir göstərə bilər. İsti yay günlərində tərləmə nəticəsində artan həmin səpgilərdən xanımlar daha çox əziyyət çəkirlər.

Üz dərisində xoşagəlməz görüntü yaradan qırmızı sızanaqlar getdikcə ləkəyə çevrilə bilər. Problemin profilaktikası üçün yaydan payıza keçərkən dermotoloji və kosmetoloji müalicə vacibdir. Mütəxəssislər bu məqsədlə dəri tipinə görə vitaminlərlə zəngin müalicəvi əhəmiyyətli bir sıra prosedurlar məsləhət görürlər. Kosmetoloqlar bununla yanaşı ev şəraitində mümkün vasitələri də məqsədəuyğun hesab edirlər.

Sonxeber.net bildirir ki, bu barədə AZƏRTAC-a məlumat verən Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova deyib: "Ləkələri müalicə etmək üçün proqram hazırlanır, yəni fərdi qaydada hər üzə, hər ləkəyə və onun növünə görə ayrı-ayrı prosedurlar təyin edilir. Həmin prosedurlar pilinq, mezoterapiya, mikromilinqdən ibarətdir. Ev şəraitində xanımlar həmin ləkələrdən azad ola bilərlər. Məsələn, yarım stəkan düyü unu və yarım stəkan süd qarışdırılır, maska şəklində üzə yaxılır və 10 dəqiqə saxlanılır. Prosedurdan sonra maskanın ilıq su ilə yuyulması çox gözəl ağardıcı effekt verir".


Etiketlər:  Üzdə yaranan sızanaq səpgilərin müalicəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ