Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qırmızı soğanın inanılmaz faydaları

Qırmızı soğanın inanılmaz faydaları

Tarix: 15 Dekabr 2019 22:06

Xanımların mətbəxdə ən çox istifadə etdiyi məhsullardan olan qırmızı soğanın faydaları saymaqla bitmir.

Sonxeber.net xəbər verir ki, bu qida gündəlik istifadə üçün olduqca ucuz və əlverişlidir. İlk növbədə qırmızı soğan ürəyi gücləndirir, tərkibindəki esterlər qanın laxtalanmasının qarşısını alır. Qan təzyiqini aşağı salan bu qida "şəkər" xəstəliyinin də dərmanıdır.

Məlumdur ki, soğan mikroblara və viruslara qarşı istifadə edilən mükəmməl vasitədir. Kəsik və yanıq yaralarına mikrob düşməməsi üçün həmin hissələrə qırmızı soğan suyu vurmaq lazımdır.

Həmçinin, öd kisəsinin ifrazını artıran qırmızı soğan daşın yaranmasının qarşısını alır.

Qadınlar tez-tez əl və ayaq dırnaqlarının qırılmasından şikayətlənir, bunun üçün müxtəlif vitaminlər qəbul edirlər. Lakin dırnaqları qırmızı soğan suyu ilə yumaqla bu problemdən həmişəlik can qurtarmaq mümkündür.

Yəqin ki, bir çoxunuz böyüklərdən şişən bölgəyə soğan qoyulması barədə məsləhətlər eşitmisiniz. Şişmələr üçün ən yaxşı vasitə yeməkdən əvvəl bir qaşıq soğan suyudur.


Etiketlər:  Qırmızı soğanın inanılmaz faydaları


RƏYLƏR