Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2019 13:56
Çempionlar Liqasında 11 ildən sonra ingilis finalı oynanılacaq.
Qol.az-ın məlumatına görə, "Liverpul"dan sonra Tottenhem" ÇL-in yarımfinalında "Ayaks"la cavab oyununda qalib gələrək adını finala yazdırıb. Sonuncu dəfə qitənin ən böyük turnirində 2008-ci ildə İngiltərə klubları arasında final oynanılıb. Həmin vaxt "Mançester Yunayted" "Çelsi"yə qalib (1:1, penaltilər seriyası - 6:5) gələrək kubokun sahibi olub.
Qeyd edək ki, "Liverpul"la "Tottenhem" arasında final qarşılaşması iyunun 1-i keçiriləcək.