Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

C vitamini çatışmazlığı BU XƏSTƏLİKLƏRƏ yol açır

C vitamini çatışmazlığı BU XƏSTƏLİKLƏRƏ yol açır

Tarix: 15 Dekabr 2019 23:12

Dəyişkən və soyuq hava bir çox xəstəliklərin üzə çıxmasına təsir edir. Bu müddətdə vücudun xəstəliklərə qarşı mübarizə aparması üçün C vitamini çox vacibdir. Bəs bədənin ifraz etmədiyi C vitamini hansı qidalardan almaq laızmdır?

Sonxeber.net xəbər verir ki, türkiyəli mütəxəssis Sedat Işık C vitaminin əhəmiyyətini izah edib.

O, bildirib ki, Vitamin C suda həll olunan vitaminlərdən biridir, bədəndə sintez olunması və ya saxlanılması mümkün deyil. Odur ki, yalnız gündəlik qəbul edilən qidalar yolu ilə orqanizmin ehtiyacı qarşılana bilər. Bu vitamin olmadıqda skorbit xəstəliyi yaranır. Skorbit xəstəliyi C vitamininin çatışmazlığından irəli gəlir və bu xəstəlik zamanı diş ətlərində iltihab və qanama müşahidə olunur.

Geç iyileşen yaralar C vitamini eksikliğine işaret ediyor

C vitamini bədənimizə daxil olduğu andan immun sisteminə necə təsir edir?

Payızdan başlayaraq soyuqdəymə və qrip kimi xəstəliklərə qarşı profilaktik təsir göstərir.

Üst tənəffüs yolları xəstəliklərinin simptomlarını azaltmağa kömək edir.

Müalicə müddətində şəkər xəstələrinə lazımi müqavimət göstərməyə kömək edir.

İmmun sistemini gücləndirdiyi üçün bir çox xəstəliklərə, xüsusilə xərçəngə qarşı müdaifə rolunu oynayır.

Yüksək qan təzyiqinin aşağı düşməsini təmin edərək insult riskini azaldır.

Dərinin səthindəki hüceyrələri yeniləyir, yaraların və ya buna bənzər halların sağalmasına kömək edir.

Sinir sistemindəki hüceyrələri tarazlıqda saxlayır və bununla da insanın ruhi xəstəliklərə tutulma sürətini azaldır.

Gec sağalmış yaralar C vitamini çatışmazlığını göstərir.


Etiketlər:  vitamini çatışmazlığı XƏSTƏLİKLƏRƏ açır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ