Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Akademikdən beyin sağlamlığı üçün VACİB GÖSTƏRİŞLƏR

Akademikdən beyin sağlamlığı üçün VACİB GÖSTƏRİŞLƏR

Tarix: 16 Dekabr 2019 03:30

Hazırda demans dünyada ölümün beşinci aparıcı səbəbinə çevrilib və 70 yaşdan yuxarı insanlar arasında ürək xəstəliklərindən sonra ikinci yerdədir.

Milli.Az xəbər verir ki, 2016-cı ilin məlumatına görə, bir milyondan çox rus və təxminən 4 milyon ABŞ sakini bu xəstəlikdən əziyyət çəkir.

Demansiya latın dilindən "dəlilik" kimi tərcümə olunur. Xəstəliyin əlamətləri müxtəlifdir, lakin "ilk siqnal" yaddaşın zəifləməsidir. Sonra bilinən koqnitiv pozuntu özünü göstərməyə başlayır: diqqət və nitq pozğunluğu, tarazlığın itməsi, mücərrəd düşüncənin pisləşməsi.

Demansın yaratdığı beyin dəyişikliklərinin qarşısını almaq olarmı? Sən demə, almaq olar. Və bunun üçün istifadə olunan dərmanlar siyahısında ən çox nootropiklərdən bəhs olulunur. "Noos" (səbəb) və "tropos" (yaxınlıq) sözlərinin birləşməsindən yaranıb.

Beyinin fəaliyyətini yaxşılaşdıran dərmanlar

Bredli Kuperin baş rolda oynadığı "Qaranlıqlar ölkəsi" filmini xatırlayın. Hekayədə uğursuz yazıçı beynini görünməmiş şəkildə sürətləndirən NZT dərmanları qəbul etməyə başlayır. Bu, qəhrəmanın həyatını tamamilə dəyişdirir, onu uğurlu və zəngin edir. Lakin sonra dəhşətli nəticələrlə qarşılaşır.

Hər halda qeyd edək ki, nootropiklər filmdəki kimi sehrli həblər deyil. Bunlar diqqəti yönəltməyə, yaddaşı yaxşılaşdırmağa kömək edir.

Nootropların təsiri

Beyin dövranını stimullaşdırır.

Qlükoza qəbulunu və udulmasını yaxşılaşdırır (nəticədə beyin enerji çatışmazlığını hiss etmir).

Beyin hipoksiyasının (oksigen aclığı) qarşısını alır.

Beyin bölgələri arasında qarşılıqlı əlaqəni inkişaf etdirir, yarımkürələr arasında məlumat mübadiləsini sürətləndirir.

Koqnitiv funksiyanı stimullaşdırır, məlumatların saxlanması və müəyyən neyrotransmitterlərin ifraz olunmasına təsir göstərir.

Nootrop preparatlar beyin xəstəliklərinin müalicəsində mühüm yer tutur, lakin onların insanlara təsiri ilə bağlı araşdırmalar hələ də davam edir.

Düşüncə incə bir sahədir, təsirini empirik qiymətləndirmək olduqca çətindir. Nootropikanın effektivliyi obyektiv şəkildə sübut olunmasa da, sağlam həyat tərzinin faydaları göz qabağındadır!

Dərman qəbul etmədən yaşla əlaqəli baş verən beyin dəyişiklikləri ilə mübarizə apara bilərsiniz. Bu yanaşmanın tərəfdarı, bütün həyatını insan beyninin öyrənilməsinə həsr edən, dünyaca məşhur nevropatoloq, psixiatr, fizioloq, Sankt-Peterburqdakı neyropsixiatriya institutunun yaradıcısı, akademik Vladimir Mixayloviç Bexterev idi.


Etiketlər:  Akademikdən beyin sağlamlığı üçün VACİB GÖSTƏRİŞLƏR


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ