Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 16:32
Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılacaq.
Qol.az xəbər verir ki, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Avropa Liqasının qruplarından ilk iki yerin sahibi və Çempionlar Liqasında qrup üçüncüləri kimi mərhələ adlamış 32 komanda 2 səbətə bölünəcək. Səpələnmişlər səbətində Avropa Liqasında 12 qrupun qalibləri, eləcə də Çempionlar Liqasında qrup üçüncüsü olmuş komandalardan ən yüksək reytinqli 4 komanda yer alacaq. Türkiyənin yeganə təmsilçisi "Başakşehir" də güclülər arasında - səpələnmişlər səbətindədir.
Avropa Liqası
1/16 final
"Vulverhempton" (İngiltərə) - "Espanyol" (İspaniya)
"Sportinq" (Portuqaliya) - "Başakşehir" (Türkiyə)
"Xetafe" (İspaniya) - "Ayaks" (Niderland)
"Bayer" (Almaniya) - "Portu" (Portuqaliya)
"Kopenhagen" (Danimarka) - ""Seltik" (Şotlandiya)
"Apoel" (Kipr) - "Bazel" (İsveçrə)
"CFR Kluj" (Rumıniya) - "Sevilya" (İspaniya)
"Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə)
"AZ Alkmar" (Niderland) - "Lask" (Avstriya)
"Brügge" (Belçika) - "Mançester Yunayted" (İngiltərə)
"Ludoqorets" (Bolqarıstan) - "İnter" (İtaliya)
"Ayntraxt" (Frankfurt, Almaniya) - "Zalsburq" (Avstriya)
"Şaxtyor" (Ukrayna) - "Benfika" (Portuqaliya)
"Volfsburq" (Almaniya) - "Malmö" (İsveç)
"Roma" (İtaliya) - "Gent" (Belçika)
"Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya)
Qeyd edək ki, bu mərhələnin ilk oyunları gələn il fevralın 20-də, cavab görüşləri fevralın 27-də keçiriləcək.