Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Son onilliyin ən yaxşı qurğuları açıqlanıb

Son onilliyin ən yaxşı qurğuları açıqlanıb

Tarix: 16 Dekabr 2019 10:54

“Time” jurnalı son onilliyin ən əlamətdar qurğularının siyahısını tərtib edib. Reytinq nəşrin saytında dərc olunub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti” resursuna istinadən yazır ki, reytinqə görə, birinci yeri bu dövr üçün portativ qurğuların inkişafına təkan verən “Apple iPad” planşeti tutub.

 

İkinci pillədə avtomobil sənayesinin inkişaf trayektoriyasını dəyişən “Tesla Model S” avtomobili qərarlaşıb. Üçüncü mövqedə “Raspberry Pi” mini-kompüteri yer alıb. Sonrakı yerləri “Google Chromcast” rəqəmli mediapleyeri və “DJI Phantom” dronu tutub.

 

Siyahıya, həmçinin “Amazon Echo” “ağıllı” kolonkası, “Apple Watch” saatı, “Apple AirPods” mediapleyeri, eləcə də “Nintendo Switch” portativ qurğusu daxil olub. Reytinqi “Xbox” oyun qurğusu üçün adaptiv oyun kontrolleri tamamlayıb.

 

Nizam Nuriyev




Etiketlər:  onilliyin yaxşı qurğuları açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ