Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elmar Qasımov Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri ilə görüşüb

Elmar Qasımov Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri ilə görüşüb

Tarix: 16 Dekabr 2019 12:46

Bakı Ali Neft Məktəbi və Akademik Zərifə Əliyeva adına lisey arasında əməkdaşlıq davam edir. Əməkdaşlıq çərçivəsində Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti liseylə tanış olub.

Şagirdlərlə keçirilən görüşdə Ali Məktəbin rektoru Elmar Qasımov Akademik Zərifə Əliyeva adına liseyin yüksək tədris və təlim-tərbiyə sahəsində unikal təhsil ocağı olduğunu bildirib. Rektor liseyin Azərbaycanın görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva kimi elm xadiminin adını daşımasının böyük məsuliyyət olduğunu və hazırda təhsil ocağının bu şərəfli adı doğrultduğunu vurğulayıb.

O, BANM-də müxtəlif ixtisaslar üzrə təhsil alan lisey məzunlarının intellektual səviyyəsinin, sosial aktivliyinin yüksək olduğunu bildirərək, Ali Məktəb tələbələrinin uğurunun orta məktəbdə əldə edilən bilik və bacarıqlardan qaynaqlandığını qeyd edib.

E.Qasımov bildirib ki, Zərifə Əliyeva adına Liseyinin 18 nəfər yetirməsi Bakı Ali Neft Məktəbinin məzunu olub, onlar hazırda müxtəlif yerli və transmilli şirkətlərdə çalışırlar.

"2019/2020-ci tədris ilində bu orta ümumtəhsil müəssisəsinin 6 məzunu BANM-i seçib. Onlardan biri Prezident təqaüdçüsüdür"- deyə rektor qeyd edib.


Etiketlər:  Elmar Qasımov Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri ilə görüşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ