Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 15:00
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qarayazı kəndində xidmətdə olan zaman istismarı dayandırılmış elektrik naqillərinin 2 nəfər şəxs tərəfindən oğurluq məqsədilə kəsildiyini müəyyən edib, onları elə "iş başında" yaxalayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, dərhal əraziyə əməliyyat-istintaq qrupu cəlb olunub. İlkin araşdırma zamanı naqilləri oğurlamaq istəyən şəxslərin İsmayıllı rayonunun Qubaxəlilli kənd sakinləri-əvvəllər məhkum olunmuş Natiq Həsəni və Oqtay Şirinov olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Oğurluq məqsədilə kəsilmiş naqillər və dəmirkəsən alətlər həmin ərazidən maddi sübut kimi götürülüb.