Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 23:00
ABŞ alimləri xərçəng hüceyrələrinin böyüməyini stimullaşdıran qidaları araşdırıblar.
Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, onkoloqların fikrinə görə bu yağlı qidalardır. Mütəxəssislər piyləri xərçəng hüceyrələri üçün "ideal qida" adlandırıblar.
Xərçəng hüceyrələri orqanizmə daxil olan piyləri daha tez böyümək və inkişaf etmək üçün istifadə edirlər.
Digər tərəfdən çoxlu miqdarda piyləri qəbul edən xərçəng hüceyrələri xərçəng əleyhinə dərmanlara qarşı daha davamlı olur və onları məhv etmək çətinləşir.