Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 07:12
"Nokia" brendinə sahib olan "HMD Global" şirkəti "Android 9 Go" əməliyyat sisteminin idarəetməsi altında işləyən ucuz "Nokia C1" smartfonunu təqdim edib. Yeni aparat inkişaf etməkdə olan ölkələrin vətəndaşları üçün nəzərdə tutulub.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "C1" aparatı 480x960 piksel təsvir ölçülü 5,45 düymlük IPS matrisli ekranla təchiz edilib. Bərkidilmiş şüşə paneli cızıqlardan qoruyur.
Aparata işıq diodu işıqlandırıcısına malik 5 meqapiksellik selfi kamera, həmçinin arxa panelə eyni datçik quraşdırılıb.
"C1" smartfonu 1,3 QHs takt tezlikli adsız 4 nüvəli prosessor və 1 QB əməli yaddaşla təchiz edilib. Daşıyıcının tutumu 16 QB-dır, amma tutumu 64 QB-dək olan "microSD" kartı qoşmaq olar. 2500 milliamper/saat tutumunda batareya "microUSB" portu vasitəsilə enerji toplayır. Həmçinin qulaqlıqlar üçün 3,5 mm-lik audio konnektor nəzərdə tutulub.
"Nokia C1" smartfonuna iki SİM kart qoşmaq olar. Yalnız "3G" şəbəkə və "Wi-Fi 4" (802.11n) dəstəklənir.
Keniyada "Nokia C1" smartfonunu 59 dollara almaq olar. Bundan sonra aparat Nigeriya və bəzi ölkələrdə satışa çıxarılacaq.