Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Microsoft” mobil əməliyyat sistemləri bazarını tərk etdi

“Microsoft” mobil əməliyyat sistemləri bazarını tərk etdi

Tarix: 17 Dekabr 2019 08:28

10 dekabr 2019-cu il tarixində "Microsoft" rəsmən "Windows 10 Mobile" sisteminin dəstəyini dayandırıb. Beləliklə, ABŞ şirkəti mobil əməliyyat sistemləri bazarını qəti tərk etdi.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Microsoft"un qərarı bu platformaya qlobal bazarda marağın az olması ilə izah edilir, hərçənd dünyada milyonlarla qurğu sözügedən platformanın idarəetməsi altında işləyir.

"Telecompaper" nəşri yazır ki, "Windows 10 Mobile" sisteminin standart və korporativ versiyaları artıq səhvləri düzəldən yeniləmə və paketlər almayacaq. Bundan başqa, "Microsoft" istifadəçilərə onlayn və texniki dəstək göstərilməsini dayandırıb.


Etiketlər:  Microsoft mobil əməliyyat sistemləri bazarını tərk etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ