Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Apple” korporasiyası köhnə “iPhone” üçün yeniləmə çıxarıb

“Apple” korporasiyası köhnə “iPhone” üçün yeniləmə çıxarıb

Tarix: 17 Dekabr 2019 08:32

"Apple" şirkətinin 2013-cü il istehsalı olan smartfonunda və başqa qurğularda sistem yeniləməsi həyata keçirilib. Proqram yeniləməsi sözügedən qurğuların sahibləri üçün gözlənilməz olub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki,  "iOS 12.4.4" yeniləməsi yalnız köhnə "iPhone" və "iPad" üçün nəzərdə tutulub. Yeni proqram təminatı "iPhone 5s" və "6", birinci nəsil "iPad Air", "iPad mini 2" və "3" üçün çıxarılıb. "iOS" yeniləməsi, həmçinin "iPod Touch 6" pleyeri üçün əlçatandır.

Mütəxəssislər bildiriblər ki, "Apple" aktual əməliyyat sistemini dəstəkləməyən köhnə smartfon və planşetləri yalnız kritik boşluqlar aşkar edildikdə yeniləyir. Adətən bu qurğular yeniləmə almırlar, ancaq hansısa səbəbdən istehsalçı bu dəfə istisna edib.


Etiketlər:  Apple korporasiyası köhnə iPhone üçün yeniləmə çıxarıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ