Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 10:24
Yevlaxda yeni doğulan körpə ölüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayon sakini Fəridə Xəlilova dekabrın 15-i saat 23 radələrində bətndaxili hipoksiya əlamətləri olan qız uşağı dünyaya gətirib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, körpə gecə saatlarında dünyasını dəyişib.
Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.