Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 10:54
Çin höküməti Arsenal"ın futbolçusu Məsut Özillə bağlı bəzi qadağalar tətbiq edib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə buna onun Şərqi Türküstandakı insanlara edilən haqsızlıqlara bağlı "İnstaqram" səhifəsində yazdığı fikirlər səbəb olub. Çin höküməti ölkədə axtarış sistemlərindən Özilin adını sildirib, sosial şəbəkələrdə isə alman yarımmüdafiəçiyə məxsus səhifələrin görüntülənməməsinə qərar verilib. Bundan başqa, Özilin "M10" adlı fan klubu bloklanıb. Eyni zamanda KİV-də "Arsenal"ın adının çəkilməsinə qadağa qoyulub. Bu qadağa London klubunun futbolçusunun bəyanatına görə üzr istəməyəcəyi günə qədər davam edəcək.
Bildirilib ki, 31 yaşlı yarımmüdafiəçinin fikirlərinə görə London klubunun nümayəndələri üzr istəyənə qədər qadağalar davam edəcək.
Özilin Şərqi Türküstandakı insanlara edilən haqsızlıqlara bağlı açıqlaması