Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cüdoçumuz dünya reytinq cədvəlində liderliyə yüksəldi

Cüdoçumuz dünya reytinq cədvəlində liderliyə yüksəldi

Tarix: 17 Dekabr 2019 13:06

Cüdo üzrə Azərbaycan yığmasının üzvü Rüstəm Orucov dünya reytinq cədvəlində 73 kq çəkidə ilk pilləyə yüksəlib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə idmançı "İnstaqram" hesabında paylaşım edib.

O, 5921 xalla liderliyi ələ alıb. İkinci yerdə yaponiyalı Haşimoto Soiçi qərarlaşıb. İlk "3-lük"də daha bir azərbaycanlı cüdoçu yer alıb. Rüstəm Orucovla eyni çəkidə mübarizə aparan Hidayət Heydərov 3-cü yerə sahib çıxıb. Onun hesabında 4623 xal var.


Etiketlər:  Cüdoçumuz dünya reytinq cədvəlində liderliyə yüksəldi


RƏYLƏR