Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada ən sürətli superkompüter hazırlanır

Dünyada ən  sürətli superkompüter hazırlanır

Tarix: 10 May 2019 09:40

“AMD” şirkəti dünyada ən sürətli superkompüter hazırlanması üzərində işlərə başlayıb. “Frontier” adlı sistem “Cray” server istehsalçısı, ABŞ-ın Energetika Nazirliyi və “Oak Ridge” Milli Laboratoriyası tərəfindən birgə işlənib hazırlanır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Frontier” superkompüterinin gözlənilən məhsuldarlığı 1,5 ekzaflops təşkil edir. Bu o deməkdir ki, superkompüter bir saniyə ərzində təxminən 1 500 000 000 000 000 000 əməliyyat emal edə biləcək. Məhsuldar hesablamalar və süni intellekt üçün optimallaşdırılmış “AMD EPYC” sifarişli prosessorları və “Radeon Instinct” ixtisaslaşdırılmış qrafik prosessorları istifadə olunacaq.

 

“Frontier” superkompüterini 2021-ci ildə istifadəyə vermək planlaşdırılır.

 

Emil Hüseynov




Etiketlər:  Dünyada sürətli superkompüter hazırlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ