Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 21:48
Telefon ekranlarını qorumaq üçün istifadə etdiyimiz qoruyucular hava və kir səbəbindən hava qabarcıqları ilə örtülə bilər. Ekran qoruyucusundakı bu qabarcıqları təmizləmək üçün nə etməli olduğunuzu TED.az-ın hazırladığı təlimatda izah edirik.
Smartfonların getdikcə böyüyən ekranlarını cızma və ya çatlama kimi təhlükələrdən müdafiə etmək üçün ekran qoruyucularına ehtiyac yaranır. Bəzən bu qoruyucularda telefonun istifadəsinə təsir edən hava qabarcıqları yaranır. Aşağıda təqdim etdiyimiz videoda nə etməli olduğunuz göstərilir. Videonun daha aydın olması üçün isə öncə izah etdiyimiz məqamları oxumanız məsləhətdir.
İlk olaraq ekran qoruyucusundakı qabarcıqların daxil olmuş havadan ya da toz hissəciyindən qaynaqlandığını müəyyənləşdirmək lazımdır.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, qabarcıqlar hava boşluğundan qaynaqlanırsa, bir kredit kartı və ya buna bənzər əşya lazımdır. Qabarcığın ölçüsü böyükdürsə, kartın kənarlarını ekran qoruyucusuna dayayıb həmin qabaracıqları telefonun kənarına gətirməklə kənara çıxarmaq lazımdır.
Kiçikləri olduğu halda isə kartın künclərindən istifadə etmək daha yaxşıdır. Əvvəlcə kartın küncünü qabarcıqların üzərində hərəkət etdirməklə onları dağıdın. Səpələnmiş qabarcıqlar videoda göstərildiyi kimi zolaqlar şəklində olacaq. Daha sonra onları kənara çıxarın. Ekrandan əvvəlcə daha böyük qabarcıqları təmizləmək lazımdır.
Toz hissəciklərindən yaranan qabarcıqlara gəlincə isə bu proses bir az mürəkkəbdir.