Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

108 Mp-lik kamera əjdahası Mi Note 10 qlobalda rəsmi olaraq satışa çıxır

108 Mp-lik kamera əjdahası Mi Note 10 qlobalda rəsmi olaraq satışa çıxır

Tarix: 17 Dekabr 2019 22:44

Xiaomi dünyanın ilk 108 Mp-lik smartfonu olan Mi Note 10-u nəhayət satışa çıxarır. Qeyd edək ki, cihazın qlobal satışından söz gedir. Çin versiyası satışda bir müddətdir ki, mövcuddur. Samsung istehsalı olan 108 Mp-lik kamera sensoruna malik cihaz DxOMark testlərinə görə dünyanın ən yaxşı şəkil çəkən və yaxınlaşdıra bilən smartfonudur.

Sonxeber.net technote.az-a istinadən bildirir ki, dünyanın ilk 108 Mp-lik kamerasına malik telefoni Xiaomi Mi Note 10 qlobal olaraq satışa çıxdı.

Çin bazarına CC9 Pro adı ilə satışa çıxan cihaz qlobal bazara Mi Note 10 adı ilə çıxır. 6.7 düymlük qıvrımlı Amoled ekrana malik olan cihazda Snapdragon 730G çipseti var və UFS 3.0 sürətində yaddaş tutumuna malikdir. Telefonda ümumilikdə 5 kamera mövcuddur və 108 Mp-lik sensor ilə dünyada bir ilkdir. Həmçinin təkmilləşdirilmiş Süni Zəka ilə də çəkilən şəkillər əvvəlcədən işlənir və sonra istifadəçiyə göstərilir.

Tam parametrlər:

Ekran: 6.7 düym 1080x2340 piksel AMOLED qıvrımlı ekran

Prosessor: Snapdragon 730G, GameTurbo 2.0 dəstəkli

RAM: 6GB LPDDR4X


Etiketlər:  kamera əjdahası Note qlobalda rəsmi olaraq satışa çıxır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ