Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 23:40
Xiaomi şirkəti özünün qatlana bilən smartfon prototipini hələ ilin əvvəlində sərgiləmişdi. Lakin şirkət hələ də belə bir smartfonu satışa çıxartmayıb. Buna baxmayaraq o, mütəmadi şəkildə müxtəlif qatlana bilən smartfon modellərinin patentlərini əldə edir. Sonxeber.net technote.az-a istinadən bildirir ki, şirkətin yeni patent sorğusunda hərəkətli kameraya sahib qatlana bilən smartfon modeli əks olunub.
Bu barədə Gizmochina saytı xəbər verib. Ortaya çıxmış yeni patent sorğusu hələ 2018-ci ilin ortasında göndərilmişdi. Lakin onun barəsində məlumat hələ indi aşkar edilib. Həmin patentdə üfüqi şəkildə ortadan qatlana bilən və tamamilə çərçivəsiz ekrana sahib smartfon əks edilib. Adi şəkildə istifadə zamanı smartfonun ön panelində heç bir ön kamera yoxdur.