Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Litvanın hava limanında qeyri-adi Yeni il yolkası quraşdırılıb

Litvanın hava limanında qeyri-adi Yeni il yolkası quraşdırılıb

Tarix: 18 Dekabr 2019 07:22

Vilnüs hava limanında sərnişinlərdən müsadirə edilən əşyalar əsasında Yeni il yolkası quraşdırılıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Litvanın hava limanının təhlükəsizlik xidmətinin əməkdaşları tədbirsiz sərnişinlərdən qayçı, bıçaq, alışqan, atılmış gilizlər, bir sözlə, təyyarənin salonunda daşınması qadağan olan əşyaları toplayaraq yolka ağacının bəzədilməsində istifadə edib.

Hava limanının əməkdaşları bildiriblər ki, onlar bununla sərnişinlərə bayram əhval-ruhiyyəsi bəxş etməklə yanaşı, aviasiya təhlükəsizliyinin əhəmiyyəti haqqında maarifləndirici mesaj göndərməyə çalışıblar. "Əgər gələn il siz şəxsi, lakin qadağan olunmuş əşyalarınızın Yeni il yolkasından asılmasını istəmirsinizsə, növbəti reysə hazırlaşarkən yükdaşıma avadanlıqları ilə bağlı tələblərlə tanış olun", - deyə hava limanının əməkdaşları nəzərə çatdırıblar.


Etiketlər:  Litvanın hava limanında qeyri Yeni yolkası quraşdırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ