Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 11:00
Bakı. Elçin Mehdiyev – Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 51735 nikah və 14281 boşanma halları qeydə alınıb.
Trend-in məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 6,2-dən 6,3-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.
Ümumilikdə, Azərbaycanda boşananlar arasında nikahı 5 ilə qədər davam edənlər çoxluq təşkil edir. 2018-ci il ərzində Azərbaycanda 14 857 boşanma qeydə alınıb.
Boşananların 5296-nin nikahı 5 ilə qədər, 4188-nin nikahı 5-9 il, 3441-nin nikahı 10-19 il, 1932-nin nikahı 20 il və çox davam edib.
Boşanmalar daha çox 30-34 yaşlı kişilər, 25-29 yaşlı qadınlar arasında qeydə alınır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin